Accessibility links

Moqadişuda bomba partlayışı məktəblilərin ölümü ilə nəticələnib


Moqadişuda məktəb yaxınlığında yeləşdirilmiş yolkənarı bomba partlayışı nəticəsində iki Somali şagirdi öldürülüb. Şahidlər deyirlər ki, bomba Qupta məhəlləsindəki məktəb ərazisində basdırılıb. Bomba şagirdlər məktəbə gedərkən partlayıb. Digər bir şəxs partlayış nəticəsində yaralanıb.

Zorakılıqlar üsyançıların aktivləşdikləri son zamanlar gündəlik hal alıb. Qiyamçılar Somali hökumətinə və Efiopiya Nizami Ordusuna qarşı vruşurlar. Cümə günü silahlı şəxslər son iki həftə ərzində 3-cü Somali jurnalistini qətlə yetiriblər.

XS
SM
MD
LG