Accessibility links

Şimali Koreya liderinin oğlu vətənə dönüb


Deyilənlərə görə Şimali Koreya lideri Kim Conq İlin oğlu bir neçə il xaricdə yaşadıqdan sonra vətənə dönüb. Şimali Koreya ilə bağlı mənbələr bunu Kim Conq İlin yaxın vaxtlarda varis seçmək planları ilə əlaqələndirir. Şimali Koreya lideri heç zaman 3 oğlundan birini kommunist sülaləsinə davamçı təyin edəcəyini elan etməyib. Onun böyük oğlunun əvvəllər Çin ərazisi Makauda yaşadığına inanılır. Deyilənə görə saxta pasportla Yaponiyaya daxil olmaq istədikdən sonra Kim Conq Nam atasının gözündən düşüb. Lakin Cənubi Koreya qəzetinin yazdığına görə 36 yaşlı oğul hazırda Kommunist partiyasının mühüm Təlimat və Təşkilat şöbəsində çalışır.
XS
SM
MD
LG