Accessibility links

Abdullah Gül prezident seçildi


Türkiyə parlamenti xarici işlər naziri Abdullah Gülün ölkənin dünyəvi quruluşuna zərbə vuracağı barədə qorxulara baxmayaraq, onu prezident seçib.

Seçkilərin bu gün keçirilən üçüncü raundunda qalib gəlmək üçün 550 yerlik parlamentdə yalnız sadə səs çoxluğuna ehtiyac var idi. Abdullah Gül 339 səs toplaya bilib. Hakim Ədalət və İnkişaf partiyasından olan Abdullah Gül əvvəlki raundlarda gərəkli olan səslərin üçdə ikisini qazana bilməmişdi.

Gül Türkiyənin islamın siyasiləşdirilməsi ilə bağlı olan ilk prezidentidir. Lakin o, dinin dövlətdən ayrılığı barədə dünyəvi prinsiplərə sadiq qalacağını bildirib.

Türkiyə ordusunun rəhbərliyi dünyəvi prinsiplərə olan təhlükə barədə xəbərdarlıq edərək, ordunun ölkənin dünyəvi və demokratik quruluşunun keşiyində durduğunu bildirib.

XS
SM
MD
LG