Accessibility links

Nuri Əl Maliki:"Kərbəlada asayiş bərpa olunub"


Iraqın baş naziri Nuri Əl-Maliki bildirib ki, qarşıdurma nəticəsində azı 52 nəfərin ölümü, 200-dən çox adamın yaralanması ilə nəticələnən müqəddəs Kərbəla şəhərində asayiş bərpa olunub. Bu gün şəhərə gələn cənab Maliki baş verən zorakılıqlara görə Səddam Hüseyn qalıqlarını və cinayətkar dəstələri günahlandırmışdır.

Kərbəlanın təhlükəsizlik rəsmiləri bildiriblər ki, dünənki qarşıdurma radikal ruhani Moqtəda Əl-Sədrin tərəfdarlarının hərbiçilərə atəş açmasından sonra baş vermiş və bundan sonra şəhərdə qeyri-müəyyən müddətə qadağa saatı élan edilmişdir.

XS
SM
MD
LG