Accessibility links

Buş administrasiyası İranın İnqilab Keşikçilərinə qarşı çıxış edir


Buş administrasiyası İranın İnqilab Keşikçilərini xarici terror təşkilatı kimi tanımaq məsələsini müzakirə edərək hərbi qüvvələrin ən hazırlıqlı qanadına qarşı sanksiyalara yol açır. ABŞ rəsmiləri bu barədə tezliklə bəyanat veriləcəyi barədə məlumatları rədd etsələr də, administrasiyanın İrana təzyiqi artırmaq niyyətini gizlətməmişlər.

Tərkibində 125 000 nəfər olan İranın İnqilab Keşikçiləri ölkənin aparıcı hərbi qüvvəsidir. Onlar özlərini İran inqilabının mühafizəçiləri kimi qiymətləndirirlər.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun mütəxəssisi Patrik Klauson bunu başqa cür qiymətləndirir. O, deyir ki, faktiki olaraq inqilab keşikçiləri öz mənafeləri naminə rüşvətxorluqla və diqər biznes fəaliyyətləri ilə məşqul olan cinayətkar təşkilat kimi fəaliyyət qöstərir.

ABŞ rəsmiləri bildirirlər ki, təşkilatın bu cür fəaliyyətlərindən biri İraqda əsasən şiə yaraqlılarını silahlarla təchiz etməkdir. ABŞ hərbçiləri İrandan İraqa qətirilmiş və ABŞ ordusuna qarşı istifadə edilmiş silah və bomba hissələrini nümayiş etdirmişlər. Çoxsaylı ölümlərə səbəb olan yolkənarı bombaların da İrandan qətirilməsinə inanılır. Mətbuatda dərc olunmuş məlumatlarda bildirilir ki, məhz bu səbəbdən Buş administrasiyası İqilab Keşikçilərini terror təşkilatı kimi tanımaq istəyir.

XS
SM
MD
LG