Accessibility links

Koalisiya qüvvələri ilə yaraqlılar arasında qarşıdurmalar davam edir


Birləşmiş Ştatlar hərbiçiləri bildirirlər ki, koalisiya qüvvələrinin mərkəzi İraqda və şimalda keçirdikləri hərbi əməliyyatlar nəticəsində Əl-Qaidə ilə əlaqəsi olan 2 yaraqlı öldürülmüş, 36 nəfər isə həbs edilmişdir. Digər bir xəbərdə isə bildirilir ki, dünən Diyala vilayətində bomba hücumu nəticəsində bir Amerika əsgəri öldürülüb. Dünən eləcə də, İraq şiələrinin radikal ruhanisi Moqtəda Əl-Sədr özünün Mehdi Ordusunun 6 ay müddətində fəaliyyətini dayandırdığı barədə göstəriş verdiyini bildirmişdi. İraq təhlükəsizlik rəsmiləri Kərbəla şəhərində Əl-Sədr ordusu tərəfindən törədilən zorakılıqların 52 nəfərin ölümü ilə nəticələndiyini deyir. Lakin Mehdi Ordusu bu iddihamları rədd edir.
XS
SM
MD
LG