Accessibility links

Bağdad Tehrana nota verib


Bağdad İranın İraqın şimalındakı kürd kəndlərinə hücumlarını pisləyib. İraqın xarici işlər naziri Xoşyar Zəbari bu gün deyib ki, onun ölkəsi İranın səfirini çağıraraq etiraz notası təqdim edib. O xəbərdarlıq verib ki, hücumlar dayandırılmasa, iki ölkə arasındakı münasibətlər pozula bilər.

Zəbari bildirib ki, sərhəd bölgələrində yaşayan kürd kəndliləri hücumlar nəticəsində öz evlərini tərk ediblər. O, İraq ərazisinə bəzi kürd yaraqlıların daxil olduğunu etiraf etsə də, bunun hücumları izah etmək üçün kifayət olmadığını deyib.

Tehran İranın şimal qərbində muxtariyyət tələb edən kürd yaraqlılarına qarşı etdiyi hücumlarla bağlı açıqlama vermir. İran bu yaraqlıları İraqdakı bazaları İranın daxilinə hücumlar üçün istifadə etməkdə günahlandırır.

XS
SM
MD
LG