Accessibility links

İraq hökuməti silahlı qruplaşmaları fəaliyyətlərini dondurmağa çağırıb


İraq hökuməti ölkənin silahlı qruplaşmalarını Mehdi Ordusundan ibrət götürürək, bütün fəaliyyətlərini dondurmağa çağırıb. Bu gün baş nazir Nuri Əl-Maliki ofisinin açıqladığı bəyanatda deyilir ki, şiə ruhani Möqtəda Əl-Sədrin qərarı ölkədə sabitliyin bərqərar edilməsi və İraqın suverenliyinin qorunması üçün yaraqılara yaxşı bir nümunədir. Xatıraladaq ki, Möqtəda Əl-Sədr silahlı fəaliyyətlər də daxil edilməklə, Mehdi ordusunun bütün əməliyyatlarının 6 ay müddətinə dayandırıldığını çərşənbə günü elan etmişdi.

XS
SM
MD
LG