Accessibility links

Sudanda vəziyyət pisləşir


Ali BMT rəsmisi Sudanın Darfur regionunda humanitar vəziyyətin pisləşdiyini deyir. Təşkilatın humanitar məsələlər üzrə direktor müavini Marqareta Valstrom xəbər verib ki, 18 məntəqədə aparılan tədqiqat müəyən edib ki, əhalinin 15 faizindən çoxu ərzaq çatışmazlığından əziyyət çəkir. Valstromun sözlərinə görə davam edən zorakılıqlar bir çox kəndliləri evlərindən didərgin salıb. BMT-nin məlumatına əsasən təkcə İyunla Avqust ayları arasında 55 min adam qaçqın düşüb. Bu rəqəm isə ümumən qaçqın düşənlərin sayını 2,2 milyona çatdırır. Rəsmilər həmçinin Darfurda çalışan yardım işçilərinə hücumların artığını bildirirlər.
XS
SM
MD
LG