Accessibility links

Senator Lərri Kreq istefa verdi


Bu gün ABŞ-ın İdaho ştatının senatoru Lərri Kreq istefa verdiyini bildirib. O, bu addımı İyun ayında seksual cinayətlə bağlı həbs edildikdən sonra atıb. Respublikaçı Senator açıqlamanı İdahonun Boyze şəhərində verərək bildirib ki, Sentyabrın 30-da o, rəsmən vəzifəsini tərk edəcək. 27 il Konqresdə xidmət etmiş qanunverici ötən həftənin əvvəlindən bəri güclü təzyiqlərlə üzləşib. Senator Kreq Minneapolis aeroportunda kişilərin ayaq yolunda cinsi əlaqəyə girməklə bağlı sövdələşmə apardığı zaman həbs edilmişdi. Kreq homoseksual olmadığını israr etməsinə baxmayaraq onun Respublikaçı partiyadaşları senatorun hərəkətlərini pisləmiş və onun vəzifədən getməsini tələb etmişlər.
XS
SM
MD
LG