Accessibility links

Hindistan polisi bomba hücumlarında əli olanların adlarını açıqlayıb


Hindistan polisi bir həftə bundan əvvəl ölkənin cənubunda azı 43 nəfərin ölümü ilə nəticələnən bomba hücumlarında əli olmaqda şübhəli bilinən 15 nəfərin adlarını açıqlayıb. Heydərəbad polis rəisi Balvinder Singh adı çəkilənlərdən dördünün artıq həbs edildiyini bildirib.

Polis rəisi avqust ayının 25-dəki hücumun Sahid Bilal adlı şəxsin başçılığı ilə həyata keçirirldiyinin müəyyən edildiyini və həmin şəxsin Banqladeşdəki Harkatul Cihad ƏL-İslam yaraqlı qrupunun üzvü olmaqda şübhələnildiyini bildirib. Cənab Singh həmin şəxsin may ayının 18-də 11 nəfərin ölümünə səbəb olan Məkkə Məscidindəki bomba hücumunda da əli olduğunu deyib. Polis deyib ki, həbs edilənlərdən biri partlayıcı materialların Şahid Bilalın tapşırığı ilə Banqladeşdən Hindistana fevral ayında gətirildiyini boynuna alıb.

XS
SM
MD
LG