Accessibility links

İran 3000-dən artıq sentrifuqanın işə salındığını bildirir


İran prezidenti Mahmud Əhmədinejad 3 mindən artıq uran zənginləşdiirlməsi sentrifuqalarının işə salındığını bəyan edib. Mahmud Əhmədinejad hazırda daha artıq sentrufuqanın quraşdıırıldığını bildirib. Eyni zamanda İran BMT-nin Təhlükəsizlik Şurasındə üçüncü qətnamə təsdiq edildiyi təqdirdə, Beynəlxlaq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını nəzərdən keçirəcəyini bildirir. İranın xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bu gün Tehranda müxbirlərə deyib ki, sanksiya qəbul edilsə, İran digər variantları nəzərdən keçirəcək. Lakin cənab Hüseyni bu variantların nədən ibarət olduğuna aydınlıq gətirməyib. Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı artıq iki sanksiya tətbiq edib. Vaşiqnton isə daha bir sanksiyanın tətbiqini istəyir.

XS
SM
MD
LG