Accessibility links

BMT-nin baş katibi Sudana gedir


BMT-nin baş katibi Ban Ki Mun sabah Darfura səfər edir. Səfərin məqsədi Darfur regionunda BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsinə şərait yaradılmasıdır. Keçən həftə cənab Mun Darfurda ağırlaşmaqda olan vəziyyətə görə narahatlığını bildirmişdi. Qeyd edək ki, son həftələr ərzində Darfur regionunda zorakıqlar səbəbi ilə yüzlərlə insan həlak olub. BMT rəsmiləri qurumun baş katibi Ban Ki Munun Sudan prezidenti Ömər Əl Bəşirə təzyiq göstərib, 26 min sülhməramlının regiona yerləşdirilməsi prosesinin sürətləndirilməsinə çalışacağını deyir. Afrika ölkələrinə 6 günlük səfəri çərçivəsində BMT-nin baş katibi Liviya və Çadda olacaq.

XS
SM
MD
LG