Accessibility links

Şimali Koreya nüvə proqramının dayandırılmasına razılıq verib


Amerikanın nüvə müzakirəçisi Kristofer Hill Şimali Koreyanın ilin sonunadək nüvə proqramının dayandırılmasına razılıq verdiyini bildirib. ABŞ-ın dövlət katibinin yardımçısı deyib ki, razılıq iki günlük Cenevrə danışıqlarından sonra bu gün əldə edilib. Kristofer Hill və Kim Kye Kvanın başçılıq etdiyi Amerika və Şimali Koreyanın nümayəndə heyətləri ölkələr arasında münasibətlərin normallaşdırılması məsələsini də müzakirə ediblər. Krisotfer Hill cari ayın sonunda altıtərəfli danşıqların daha artıq nailiyyətə yol açacağına ümid bəslədiyini bildirib.

XS
SM
MD
LG