Accessibility links

Əfqanıstan və koalisiya qüvvələri Taliban düşərgələrinə reyd keçirib


" hspace=2 src="/azerbaijani/images/ap_afghanistan_kabul_attack_31aug07_eng_195.jpg" width=210 align=right vspace=2 border=0>Əfqan rəsmilərinin bildirdiyinə görə, bu gün Pakistanla sərhəd yaxınlığındakı Kunar vilayətində yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində azı 6 təhlükəsizlik işçisi ölüb. Bu gün eləcə də, Zabulda xarici hərbi bazaya silah daşıyan maşın karvanına edilən hücum azı 12 maşının sıradan çıxmasına səbəb olub.

Birləşmiş Ştatlar hərbi qüvvələri dünən Qəndəhar şəhəri yaxınlığında Əfqanıstan və koalisiya qüvvələrinin iki Taliban düşərgəsinə qarşı birlikdə keçirdikləri reyd zamanı 25 yaraqlının öldürüldüyünü bildirirlər. Hərbiçilər bu ərazidə nəzarəti əlinə almaq istəyən üsyançılara qarşı reydləri davam etdirəcəklərini deyiblər.

XS
SM
MD
LG