Accessibility links

Britaniya əsgərləri Bəsrəni tərk edir


Bu gün Britaniya qüvvələrinin Bəsrə şəhərindən çıxması ilə İraqın milli bayrağı şəhər sarayında qaldırlıb. Təqribən 550 Britaniya əsgəri Bəsrəni tərk edərək, şəhərin ətrafında toplaşan 5 minə yaxın hərbi personala qatılıb. Britaniyanın müdafiə nazirliyi bildirib ki, London bir neçə ay ərzində şəhərin təhlükəsizlik məsuliyyətini İraq qüvvələrinə həvalə edəcək. Britaniyanın baş naziri Gordon Braun qüvvələrin şəhəri tərk etməsinin məğlubiyyət deyil, əvvəlcədən planlaşdırılmış bir addım olduğunu deyib. Baş nazir bildirib ki, Britaniya qüvvələri təhlükəsizlik şəraitinin tələbinə uyğun şəkildə vəziyyətə müdaxilə edəcək.

XS
SM
MD
LG