Accessibility links

Pxenyanın iddiası yalan imiş


Bu gün Sidneydə müxbirlərlə danışan ABŞ nümayəndəsi Kristofer Hill Pxenyanın Vaşinqtonun onu terrorçuların sponsorları siyahısından çıxaırlması qərarına dair iddiasının yalan olduğunu deyib. Kristorfer Hill bildirib ki, Şimali Koreya qara siyahıdan çıxması üçün ilk əvvəl nüvə silahlarından əl çəkməlidir. Xatırladaq ki, Şimali Koreya ABŞ-ın bu ölkənin adını terrorçuluğa sponsorluq edən dövlətlər siyahısından çıxarmağa razı olduğunu dünən bildirmişdi. Koreyanın Mərkəzi Xəbər Agentliyi qərarın Cenevrədə iki ölkə nümayəndələrinin görüşündən sonra verildiyini bildirmişdi.

XS
SM
MD
LG