Accessibility links

Taliban yaraqlısı öldürülüb


Əfqan hükumətinin bildirdiyinə görə, iyul ayında 23 nəfər cənubi koreyalının girov götürülməsində əli olduğundan şübhələnilən Taliban yaraqlısı Molla Mətin öldürülüb. Rəsmilər Molla Mətinin bazar ertəsi Qəzni vilayətindəki qarşıdurma nəticəsində öldürülən 16 yaraqlıdan biri olduğunu deyir.

Xatırladaq ki, 19 cənubi koreyalı girov keçən həftə azad edilib. Cənubi Koreya rəsmiləri girovların azad edilməsi üçün xristian missiopnerlərinin Talibanlara pul verdiyi barədə xəbəri təkzib edərək deyib ki, Cənubi Koreya Talibanlarla girovların azadlığa buraxılması müqabilində Əfqanıstandakı 200 əsgərdən ibarət qüvvəsini ölkədən çıxarılmasına razılıq vermişdi.

XS
SM
MD
LG