Accessibility links

Prezident Buş Çini qlobal istiləşmə məsələsində effektiv rol oynamağa çağırıb


APEK ölkələrinin illik sammitində iştirak etmək üçün Sidneydə olan ABŞ prezidenti Corc Buş Çini qlobal istiləşmə ilə mübarizədə effektiv rol oynamağa çağırıb. Prezident deyib ki, Çinin məqsədlər qoyuluşunda iştirakına son qoyulmayanadək iqlim dəyişikliyi məsələsi həll edilməyəcək.

Çin bu ilin əvvəlində dünyanın ən böyük istixanə qazları istehsalçısı adlandırılmışdı. ABŞ-ın da bu siyahıda yer almasına baxmayaraq, nə Amerika nə də Çin Kioto protokulunu ratifikasiya edib.

ABŞ, Rusiya və Çin prezidentlərinin də iştirakı ilə sentyabrın 8-də başlayacaq tədbirdə iqlim dəyişikliyi, qlobal ticarət və regional iqtisadi inteqrasiya məsələləri müzakirə ediləcək.

XS
SM
MD
LG