Accessibility links

Bağdadda bomba partlayışı 11 adamın ölümünə səbəb olub


İraq rəsmiləri Bağdadın əsas etibarilə şiələrin yaşadığı Sədr hissəsində bomba partlayışı nəticəsində 11 adamın öldüyünü, 20 adamın yaralandığını bildirirlər. Polisin verdiyi məlumata görə, partlayış izdihamlı Həmzə meydanında baş verib. Bağdadın Sədr hissəsi radikal şiə lider Müqtəda əl-Sədr tərəfdarı Mehdi ordusunun istinadgahı hesab edilir. Bu arada, ABŞ hərbi qüvvələri İranın İnqilabi qvardiyasının Qüds korpusu ilə əlaqəsi olduğuna inanılan şəxsin saxlandığını bildirirlər. Hərbi qüvvələr onun Kərbəla şəhəri yaxınlığında ələ keçirildiyini bildirib. ABŞ hərbi qüvvələri habelə son iki gün ərzində Bağdadda döyüşlər zamanı 6 Amerika əsgərinin öldüyünü elan edib.
XS
SM
MD
LG