Accessibility links

Corc Buş Sidneydə Çin prezidenti ilə görüşüb


ABŞ prezidenti Corc Buş Çin prezidenti Hu Tsintau ilə bügünkü görüşü zamanı bir sıra mübahisəli məsələləri müzakirə edib. Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının saamitinin keçiriləcəyi Sidneydə olan prezident Buş deyib ki, liderlər iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa söz veriblər. ABŞ-ın dövlət başçısı müzakirələr zamanı İraq, Şimali Koreya və Çin məhsullarının keyfiyyəti məsələlərinə toxunulduğu deyib. Corc Buş həmçinin bildirib ki, cənab Tsintau Çin məhsullarının təhlükəsizliyinə ciddi münasibət bəsləyir. Çin lideri isə malların təhlükəsizliyinin müzakirə edildiyinə dair heç nə deməyib.

Avstraliyanın baş naziri Con Hovardla görüşdən sonra təşkil edilən mətbuat konfransında prezident Tsuntau demişdi ki, Çin ərqaz malları və digər məhsullarının keyfiyyəti məsələsinə olduqca ciddi yanaşır.

XS
SM
MD
LG