Accessibility links

ABŞ komandiri İraqdan bəzi qüvvələrin çıxarılacağına işarə edir


ABŞ-ın İraqdakı ali komandiri bəzi Amerika qüvvələrinin İraqdan çıxarıla biləcəyinə işarə vurub. Buş administrasiyasının ali rəsmiləri ABŞ mediasına bildirirlər ki, Ordu Generalı Devid Petreus Yanvar ayınadək İraqdan 4 min əsgər çıxarmağı planlaşdırır. Bu, 160 minlik Amerika kontingentinin cüzi bir hissəsidir. Bu ilin əvvəlində İraqda təriqətlərarası zorakılıqlara son qoymaqdan ötrü ABŞ İraqa əlavə olaraq 30 min əsgəri qüvvə göndərib. Bəzi ali hərbçilər qüvvələrin İraqdan daha tez çıxarılmasını istəyirlər. Onların dediyinə görə İraqda çoxlu sayda əsgərin saxlanılması ordunun imkanlarının gərilməsinə gətirib çıxara bilər.
XS
SM
MD
LG