Accessibility links

ƏlBaradei İran məsələsində təmkinə çağırır


BMT-nin nüvə silahları üzrə baş müfəttişi İranın nüvə proqramından narahat ölkələrini Tehranın fəaliyyətlərinə dair məsələləri həll etmək üçün agentlyiə vaxt verməyə çağırıb. Beynəlxalq Atom Enerjisi agentliyinin rəhbəri Məhəmməd ƏlBaradei Vyanada müxbirlərə deyib ki, İranla agentlik arasında hazırlanmış plan qarşıdurmanı həll etməyə kömək edə bilər. ƏlBaradei İrana qarşı hərbi hücumlarla bağlı ritorika haqda xəbərdarlıq edib. Dövlət Departamentinin sözçüsü buna cavab olaraq, ƏlBaradeinin açıqlamalarında ABŞ-ın nəzərdə tutulmadağına ümid bəslədiyini deyib. Tom Keysinin bildirdiyinə görə, Birləşmiş Ştatların Beynəlxalq Atom Enerjisi agentliyinin işini yalnız dəstəklədiyini deməmək hər bir kəs üçün çətin olardı.
XS
SM
MD
LG