Accessibility links

Inquşetiyada silahlı toqquşma baş verib


Rusiya rəsmiləri bildirirlər ki, ölkənin cənubi İnquşetiya respublikasınıda baş vermiş toqquşma nəticəsində bir rus əsgəri və iki üsyançı öldürülüb. Rəsmilərin məlumatına görə hücum Rusiya Daxili İşlər nazirliyinin qoşunlarının yerləşdiyi bazada baş verib. Döyüşlərdə Daxili İşlər Nazirliyinin ən azı bir polisi yaralanıb. Ötən aylarda Çeçenistanla həmsərhəd İnquşetiyada zorakılıqlar vüsət alıb. Rusiya hökuməti ərazidə təhlükəsizliyi təmin etmək üçün oraya 2,500 əlavə əsgər göndərib.

XS
SM
MD
LG