Accessibility links

Britni Spirs fonoqramla oxuduğuna görə tənqid edilib


Britni Spirs MTV Video Musiqi Mükafatları Proqramında yenidən çıxış edib. Lakin tənqidçilər onun “Gimmi More” mahnısını fonoqramla oxumasını tənqid ediblər. Skandallarla üzləşən 25 yaşlı müğənni bazar günü Las Veqasdan canlı yayımlanan 24-cü illik mükafat mərasimini açıb. Lakin Spirsin ifası uğursuzluqla müşaiyət olunub. Belə ki, o, tamaşaçılar qarşısında həvəssiz görünürdü.

Yeniyetmə R&B ustası Rihannanın “Çətir”i ilin ən yaxşı musiqi videosu və solo mahnısı üzrə mükafata layiq görülüb. Pop ulduzu Castin Timberleyk ilin ən yaxşı kişi müğənnisi mükafatını alıb. Müğənni Beyonse kolumbiyalı ulduz Şakira ilə duetinə görə mükafatlandırılıb.

XS
SM
MD
LG