Accessibility links

İndoneziyada güclü zəlzələ baş verib


İndoneziyanın qərbi Sumatra regionunda baş verən güclü zəlzələ Cakartayadək ərazidə binaları silkələmiş və Hind Okeanı sahillərində sunami haqda xəbərdarlığa yol açmışdır. Alimlər zəlzələnin 7,9 bal gücündə olduğunu təxmin edirlər. ABŞ Geologiya İdarəsi deyir ki, zəlzələnin episentri paytaxt Cakartadan 600 kilometr cənub-qərbdədir və 10 kilometr dərinlikdə yerləşir.

Sakit Okeanı Sunami Xəbərdarlıq Mərkəzi deyir ki, zəlzələ potensial olaraq bütün Hind Okeanı hövzəsində nəhəng sunami dalğaları əmələ gətirə bilər. Mərkəz deiyr ki, dalğalar İndoneziya və Avstraliyanı zəlzələdən bir saat sonra vura bilər. Sunaminin Şri Lanka və Hindistana da təsirləri olar bilər. Hələlik xəsarət və ya itikilər barədə məlumat daxil olmayıb.

XS
SM
MD
LG