Accessibility links

Yaponiya baş naziri istefa verir


Yaponiya baş naziri Şinzo Abe ilboyu korrupsiya qalmaqalları ilə üzləşən hökuməti saxlaya bilmədikdən sonra bu gün istefa verdiyini bildirib. Cənab Abe müxbirlərə deyib ki, Yaponiyaya terrorizmə qarşı mübarizə aparmaq üçün yeni lider lazımdır. O bundan öncə parlament Yaponiyanın Əfqanıstanda missiyasının uzaldılmasını təsdiq etmədiyi təqdirdə istefa vərəcəyi haqda xəbədarlıq etmişdi. İyulda parlamentin yuxarı palatasına seçkilərdə qalib gəlmiş müxalifətdə olan Demokrat Partiyası missiyanın uzadılmasına qarşı çıxır.
XS
SM
MD
LG