Accessibility links

Con Neqroponte Pakistanda rəsmi səfərdədir


" hspace=2 src="/azerbaijani/images/ap_us_pakistan_negroponte_12sep07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>ABŞ Dövlət katibinin müavini Con Neqroponte əks-terror, texnologiya və digər məsələləri müzakirə etmək üçün Pakistandadır. Cənab Neqropontenin prezident Pərviz Müşərrəf, baş nazir Şövkət Əziz və ictimiayyət üzvlərilə görüşəcəyi gözlənilir.

Pakistan mətbuatı rəsmilərin ölkənin Əfqanıstanla həmsərhəd, qəbililərin yaşadığı ərazilərdə inkişaf planını müzakirə etdəcəyini xəbər verir. Dünən Əfqanıstan paytaxtında olan Neqroponte deyib ki, Əl-Qaidə lideri Usama Bin Ladenin harada yaşadığı aydın deyil, lakin ABŞ rəmsiləri onun Pakistanın Əfqanıstanla sərhəd bölgələrində olduğuna inanır.

XS
SM
MD
LG