Accessibility links

Koalisiya qüvvələri ilə yaraqlılar arasında qarşıdurmalar artmaqdadır


" hspace=2 src="/azerbaijani/images/ap_afghanistan_kabul_attack_31aug07_eng_1951.jpg" width=210 align=left vspace=2 border=0>Əfqanıstandakı koalisiya qüvvələri ilə Taliban yaraqlıları arasında baş verən qarşıdurma nəticəsində 45 yaraqlı daxil olmaqla, 58 nəfərin öldüyü bildidilir. Dünən Uruzqan vilayətində Taliban yaraqlıları tərəfindən hücuma məruz qalan Əfqanıstan və xarici qüvvələr təyyarələrin köməyindən istifadə ediblər.

Zabul vilayətinin yerli hökumət sözçüsü bildirib ki, NATO və Əfqan hərbi qüvvələri ilə Taliban yaraqlıları arasında baş verən atışma 11 yaraqlının ölümünə səbəb olub. Hərbiçilərin itki verməsi, və ya yaralanması barədə məlumat verilməyib.

Helmənd vilayətində isə polisin intiharçı olmaqda şübhəli bilinən bir şəxsi qətlə yetirdiyi xəbər verilir.

XS
SM
MD
LG