Accessibility links

İraqdan 30 000 əsgər  çıxarılmalıdır


ABŞ prezidenti Corc Buş bu gün Amerikanın İraq müharibəsindəki nailiyyətləri ilə bağlı Vaşinqton yaxınlığında yerləşən hərbi dəniz donanması bazasında çıxış etməlidir. Dünən milli televiziya ilə çıxışı zamanı prezident Buş gələn ilin iyul ayınadək 30 min nəfərdən ibarət əsgəri qüvvənin İraqdan çıxarılacağını demişdi. Corc Buş bu ixtisarı təhlükəsizliyin təmin edilməsi üçün İraqa əlavə hərbi qüvvə göndərməsi qərarının mümkün etdiyini deyib. ABŞ prezidenti İraq hökumətinin bir neçə sahədə nailiyyət əldə etdiyini bildirib. O bunlara misal kimi büdcə, neft gəlirlərinin bölüşdürülməsi və Səddam Hüseynin Bəs partiyasının üzvlərinin hökumətə gətirilməsini göstərib.

XS
SM
MD
LG