Accessibility links

Ayətulla Əli Xameneyi: Corc Buş İraq müharibəsinə görə məhkəməyə veriləcək


İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi ABŞ prezidenti Corc Buşun İraq müharibəsinə görə, bir gün məhkəməyə veriləcəyini deyib. Onun Birləşmiş Ştatlar və cənab Buş haqqındakı kəskin mövqeyini Tehranda cümə namazı zamanı ibadət edənlər “Amerikaya ölüm” şüarı ilə dəstələyib. Ayətullanın fikrincə, AĞ Ev sahibi nə vaxtsa İraqdakı zorakılıqlara görə məsuliyyətə cəlb olunacaq. O iddia edir ki, ABŞ-ın Yaxın Şərq və İran siyasəti yanlışdır.

Qeyd edək ki, Buş sonuncu çıxışı zamanı İran və Suriyanı İraq hökumətinin inkişafına mane olmaqda ittiham edib. Prezident onların təxribatçı fəaliyyətlərini dayandırmalarını tələb edib.

XS
SM
MD
LG