Accessibility links

Livanda Fətah əl-İslam qrupunun sözçüsü ələ keçirilib


Livandan alınan xəbərdə bildirilir ki, Nəhr Əl-Bared qaçqın düşərgəsində hərbi qüvvələrlə İslamçı yaraqlılar arasında baş verən qarşıdurma zamanı axtarışda olan bir nəfər sözçü də daxil edilməklə, 4 yaraqlı ələ keçirilib. Hərbi qüvvələr Əbu Səlim Tahanın Fətah Əl-İslam qrupunun digər üç üzvü ilə birlikdə Tripoli yaxınlığındakı Cəbəl Terbol regionunda ələ keçirildiyini deyir. Ələ keçirilən üç nəfərin səudiyyəli, suriyalı və tunisli olduğu bildirilir.

Livanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, ordu ilə Fətah Əl-İslam qrupu arasında may ayından bəri başlayan qarşıdurmalar nəticəsində 222 yaraqlı, 163 əsgər və 42 mülki vətəndaş qətlə yetirilib.

XS
SM
MD
LG