Accessibility links

Yaponiya baş naziri vəzifəsinə namizəd müharibə məbədini ziyarət etməyəcək


Yaponiya baş nazirini əvəzləyəcək namizədlər arasında irəlidə gedəni, Liberal Demokrat Partiyasının veteranı Yasuo Fukuda Yapon militarizminin simvolu olan müharibə məbədinə baş çəkməyəcəyini deyib. O deyib ki, Yasukuni məbədinə getməyəcək , çünki bu, Çin və Cənubi Koreyanı qəzəbləndirər. Baş Nazir Cüniçiro Koizuminin rəhbərliyi altında Yaponiya ilə bu ölkələr arasındakı münasibətlər Yapon liderinin məbədə baş çəkməsi üzündən soyuqlaşdı.

Fukudanın LDP daxilində yeganə başqa rəqibi Taro Asodur ki, o, da cənab Koizuminin məbədə səfərlərini müdafiə edib və eyni addımı ata biləcəyinə işarə vurub.

XS
SM
MD
LG