Accessibility links

Pərviz Müşərrəf:Terrorçulara Pakistanda sığınacaq yoxdur


Pakistan prezidenti Pərviz Müşərrəf ölkədə səfərdə olan ABŞ qanunvericilərinə deyib ki, terrorçulara Pakistanda sığınacaq yoxdur. General Müşərrəf bu gün ABŞ Konqresində Respublikaçıların lideri Con Bonerin başçılığı ilə yeddi nəfərdən ibarət nümayəndə heyətinin üzvlərilə görüşüb. Rəsmi bəyanatda bildirilir ki, Pakistan lideri ABŞ qanunvericilərinə ölkəsinin ekstremizm və terrorizmə qarşı mübarizədə əzmli olduğunu bir daha çatdırıb. Pakistan Taliban və Əl-Qaidə yaraqlılarının ölkənin qəbilələrin yaşadığı ucqar bölgələrindən çıxarılması üçün artan təzyiqlərlə qarşılaşır.
XS
SM
MD
LG