Accessibility links

Tailandda təyyarə qəzaya uğrayıb


Tailand rəsmiləri bildirir ki, kurort adası olan Fuket üzərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 61 nəfər həlak olub. Layner güclü yağış şəratində enməyə cəhd edərkən qəzaya uğrayıb. Rəsmilərin bildirdiyinə görə, təyyarədə olan 128 nəfərdən 123-ü sərnişin, 5-i isə ekipaj üzvü idi. Onların məlumatında 20 nəfərin xəstəxanaya çatdırıldığı, digər 40 nəfərin isə itkin düşdüyü bildirib. Təyyarə Tailandın paytaxtı Banqkokdan havaya qalxmışdı. Laynerdə olan sərnişənlərdən bir neçəsi əcnəbi olub.
XS
SM
MD
LG