Accessibility links

İraq boyu hücumlar 30-a yaxın adamın həyatına son qoyub


İraq rəsmiləri məlumat verir ki, Əl Qaida ilə bağlı qrup Ramazan bayramı zamanı yeni hücum əməliyyatına başlayacağını elan etdikdən sonra bütün ölkə boyu 28 adam öldürülüb. Terrorçular Bağdaddan şimalda yerləşən Muqdadiyyədə 14 adamı öldürmüş və 12 binanı yandırmışlar. Tuz Xurmato qəsəbəsində isə intiharçı kafe yaxınlığında özünü partlatmaqla 6 adamın həyatına son qoyub. Paytaxtda və ətraf ərazilərdə də əlavə 8 adam qətlə yetirilib.

Başqa xəbərdə ABŞ-ın İraqdakı hərbi qüvvələrinin nümayəndəsi bildirib ki, keçən həftə öldürülmüş sünni ərəblərin liderinin qətlində şübhəli bilinən əl-Qaida yaraqlısı ələ keçirilib. Sünnui ərəblərin İraqdakı əl-Qaydaya qarşı mübarizəsini təşkil etmiş ABŞ-ın əsas müttəfiqi şeyx Əbdül Səttar Abu Rişa bu həftə Anbar vilayətinin paytaxtı Ramadıdə bomba partlayışı nəticəsində həlak olmuşdu.

XS
SM
MD
LG