Accessibility links

Pərviz Müşərrəfin planı sual altına alınıb


Pakistanın ali məhkəməsində prezident Pərviz Müşərrəfin gələn ay prezident seçkilərində iştirakına dair dünləmələr keçirilir. Müxalifət qrupları general Müşərrəfin daha beş il müddətinə yenidən prezident seçilmək planının legitimliyini sual altına alır. Dini və siyasi partiyaların koalisiyası məhkəməyə müraciət edərək, konstutusiya əleyhinə gedən prezidentlə bağlı hökm çıxarılacağına ümid etdiyini bildirir. Xatırladaq ki, general Müşərrəf 1999-ci u ildə dölvət çevrilişi nəticəsində hakimiyyətə gəlmişdi. Onun seçkilərə nominasiyasına dair sənədləri oktyabr ayının 15-dək təqdim edilməlidir. Prezident kimi Müşərrəfin hakimiyyət dönəmi noyabr ayının 15-də başa çatır.

XS
SM
MD
LG