Accessibility links

Polşa Prezidenti Xatın qətliyamını anıb


Polşa Prezidenti Lex Kaçinski İkinci Dünya Müharibəsi zamanı Sovet təhlükəsizlik qüvvələri tərəfindən edam olunmuş minlərlə Polşa hərbi zabitinin xatirəsini yad edib. Cənab Kaçinski Rusiyanın Qərbi Smolensk şəhəri yaxınlığında, Xatın meşəsindəki abidə önündə əklil qoyub. 1942-ci ildə irəliləyən Alman qoşunları həmin bu ərazidə 4 min cəsəd aşkar etmişdilər. O zaman Sovet diktatoru İosif Stalin bu qırğına görə Nasis Almaniyaniyasını günahlandərmışdı. Sonradan, 1990-cı ildə Sovet lideri Mixail Qorbaçov qətliyamın DTK tərəfindən törədildiyini etiraf etdi. Kaçinski Sovetlərin bu əməlini genosid adlandırmış, eyni zamanda post-Sovet Rusiyasının bu əməldə məsuliyyət daşımadığını söyləmişdir. O, demokratik Polşa ilə qonşu Rusiya arasında münasibətlərin yaxşılaşmasına tərəfdar olduğunu bildirib.
XS
SM
MD
LG