Accessibility links

Pərviz Müşərrəf ordu rəhbəri vəzifəsindən istefa verəcək


Pakistan hökümətinin vəkili Şərəfuddin Pirzadə bildirib ki, yenidən prezident seçildiyi təqdirdə prezident Pərviz Müşərrəf ordu rəhbəri vəzifəsindən istefa verəcək. Bu bəyanatı cənab Pirzadə bu gün general Müşərrəfin qələn ay keçiriləcək seçkilərdə iştirakı planına qarşı iddia ilə bağlı Ali Məhkəmədə keçirilən dinləmələr zamanı verib. Müxalifət qrupları ordu rəhbəri olan şəxsin yenidən 5 illik müddətə ölkə prezidenti vəzifəsinə seçilməsini qeyri-qanuni hesab edir. Dünən Pakistanın Seçki Komissiyası general Müşərrəfə prezident seçkilərində iştirakını təmin edəcək Konstitusiyaya əlavələrin qəbul edildiyi barədə məlumat vermişdi. Xatırladaq ki, general Müşərrəf hakimiyyəti 1999-cu il hərbi çevrilişi nəticəsində əldə etmişdi. Prezident Müşərrəfin hakimiyyət müddəti noyabr ayının 15-də başa çatır.

XS
SM
MD
LG