Accessibility links

ABŞ hərbi ekspertləri Azərbaycanda radar obyektinin təftişini keçirib


Birləşmiş Ştatların hərbi ekspertlərindən ibarət qrup Rusiyanın Azərbaycandakı radar stansiyasını təftiş ediblər. Obyektin təftişi Azərbaycan və Rusiyanın hərbi ekspertlərilə bərabər keçirilib. Rusiya Qəbələ radiolokasiya stansiyasını ABŞ-ın mərkəzi Avropada raketlərdən müdafiə sisteminə alternativ olaraq təklif etmişdi. ABŞ nümayəndə heyətinin başçısı, briqada generalı Patrik Orayli Birləşmiş Ştatların raketlərdən Müdafiə agentliyinin direktor müavinidir. . General Orayli deyib ki, fakt-araşdırma missiyasının nəticələri gələn ay Moskvada ekspertlər səviyyəsində ikitərəfli danışıqlar zamanı müzakirə ediləcək.
Rusiya prezidenti Vladimir Putin Qəbələ radiolokasiya stansiyasından birgə istifadəni iyun ayında ABŞ prezidenti Corc Buşla danışıqlar zamanı təklif etmişdi. Prezident Buş təklifə maraqla yanaşmışdı.
XS
SM
MD
LG