Accessibility links

ABŞ Mərkəzi Bankı sələm faizlərini endirməyə hazırlaşır


ABŞ-ın Mərkəzi bankının Amerika iqtisadiyyatında inflasiya və mümkün tənəzzüllə bağlı narahatlıqlar fonunda sələm faizlərini endirəcəyi gözlənilir. Bu baş versə, Mərkəzi Bank son 4 ildə ilk dəfə olaraq hazırda 5,25 olan sələm faizlərini azaltmış olacaq. Maliyyə bazarlarında qeyri-sabitiyə görə narahatlıq keçirən investorların böyük hissəsi Mərkəzi Bankı sələm faizlərini endirməyə çağırmışlar. İqtisadçılar Mərkəzi Bankın direktoru Ben Bernankenin daşınmaz əmlak bazarı və kredit sahəsində tənəzzülün müşahidə olunduğu ABŞ iqtisadiyyatını qorumağa hazırlığını qeyd etmişlər.
XS
SM
MD
LG