Accessibility links

Yaponiya baş naziri vəzifəsinə namizədlər Əfqanıstanda missiyanın uzaldılacağına əmindirlər


" hspace=2 src="/azerbaijani/images/AP_Yasuo_Fukuda_right_Taro_Aso_19sept07.jpg" width=210 align=left vspace=2 border=0>Yaponiyanın baş naziri Şinzo Abeni əvəz edəcək iki namizəd Tokyoda keçirilmiş mətbuat konfransında ABŞ-ın başçılığı ilə Əfganıstanda hərbi əməliyyatlarda Yaponiya dəniz qüvvələrinin iştirakı barədə mövqelərini açıqlayıblar. Onların sözlərinə qörə, bu məsələdə parlamentin razılığı asanlığla əldə ediləcək.
Yasuo Fukuda və Taro Aso mətbuat konfransı zamanı deyiblər ki, Yaponiya hərbi qəmilərinin Hind okeanında ABŞ və koalisiyaya daxil olan digər ölkələrin hərbi qüvvələrinə yardım etməsi olduğca vacibdir və qanunvericilik buna icazə verməlidir. Yuxarı palataya nəzarət edən müxalifət partiyaları isə, noyabr ayında tamamlanan missiyanın uzadılmasına etiraz edirlər.
Lakin cənab Fukuda deyir ki, o, qanunun qəbul ediləcəyinə əmindir.
Onun sözlərinə görə, onlar parlament üzvlərinə missiyanın sülhpərvər olduğunu və Yaponiyanın terrorculuğa qarşı mübarizə apardığını izah edəcəklər.

Cənab Fukuda baş nazir Şinzo Abeni əvəz edəcək namizədlər arasında ən qüclüsü sayılır. Onun əsas məqsədlərindən biri Asiya ölkələri və xüsusilə Çin və Cənubi Koreya ilə münasibətlərin bərpa olunmasıdır. O artıq Çin siyasətçiləri ilə sıx əlaqələr yaratmağa nail olmuşdur.

XS
SM
MD
LG