Accessibility links

Çində Şimali Koreyanın nüvə proqramı barədə danışıqların növbəti mərhələsi  keçiriləcək


Çin Şimali Koreyanın nüvə proqramı barədə altıtərəfli danışıqların gələn həftə keçiriləcək növbəti mərhələsinə ev sahibliyi edəcəyini bildirib. Bu gün Xarici Işlər Nazirliyinin bildirdiyinə görə, Pekində baş tutacaq danışıqlar sentyabrın 27-dən 30-dək davam edəcək. Çindən başqa iki Koreya, ABŞ, Rusiya və Yaponiya fevral ayında əldə edilən silahsızlaşmaya dair razılığın ikinci mərhələsini müzakirə edəcək. İkinci mərhədə Şimali Koreya bütün nüvə proqramları və nüvə qurğularının ləğv barədə hesabat verməlidir. Qeyd edək ki, iyul ayında başa çatan ilk mərhələdə Şimali Koreya Yonqbyondakı nüvə qurğularını bağlamışdı.

XS
SM
MD
LG