Accessibility links

BMT-də İraqda bərpa səyləri ilə bağlı konfrans keçirilir


Bu gün BMT Nyu Yorkdakı baş qərargahında Iraqda bərpa səyləri ilə əlaqədar konfransa ev sahibliyi edir. BMT-nin baş katibi Ban Ki Mun İraqın baş naziri Nuri ƏL-Maliki ilə birlikdə nazirlər səviyyəsində iclasa həmsədrlik edəcək. Konfransda İraqın qonşuları, İran, Küveyt və Suriya da daxil edilməklə, 20 dövlətin nümayəndəsi iştirak edəcək. Konfrans zamanı keçən ay Baş Assambleyanın BMT-nin İraqda rolunun genişləndirilməsinə dair qəbul etdiyi qərarına əsas yer veriləcəyi gözlənilir. Bundan əlavə son beş il ərzində İraqdakı siyasi və iqtisadi sahədə irəliləyişlər kimi məsələlər müzakirə ediləcək.

BMT-nin baş katibi Ban Ki Mun müxbirlərlə söhbəti zamanı BMT-nin bu təşkilata üzv olan ölkələri İraqa dəstəyi davam etdirməsinə çağıracağını deyib.

XS
SM
MD
LG