Accessibility links

Birmada kütləvi nümayişlər keçirilir


Birmadan alınan xəbərdə deyilir ki, 10 min rahib Mandalay şəhərində hökümətə qarşı etiraz əlaməti olaraq kütləvi nümayış keçirmişlər. Bu gün artıq beşinci gündür ki, nümayışlər davam edir. Digər nümayış Ranqun şəhərində keçirilmişdir. Burada nümayiş iştirakçıları ev dustaqlığına məhkum edilmiş, demokratiya fəalı Aung San Syu Kynun evinin yanında keçərək, onu salamlamışlar. Dünən isə 600 rahib şiddətli yağışa baxmayaraq, Birmanın ən müqəddəs Şvedagon Paqodasından Ranqun şəhərinə qədər addımlamışdılar.

Xatırladaq ki, keçən aydan bəri başlayan nümayışlərə səbəb hökumətin yanacaq məhsullarına qiymətləri iki dəfə qaldırması və bunun nəticəsində yoxsul birmalıların nəqliyyət problemlərinin artması olmuşdur.

XS
SM
MD
LG