Accessibility links

Serbiya səyləri Kosovonun müstəqilliyinin elan olunmasına mane olmağa yönəldib


Serbiyanın baş naziri Voyislav Koştunitsa deyib ki, onun hökuməti bütün səylərini Kosovunun birtərəfli qaydada müstəqilliyinin elan olunmasının qarşısının alınmasına yönəldəcək. Serbiyanın gündəlik axşam xəbərləri qəzetində dərc olunmuş müsahibəsi zamanı cənab Koştunitsa bildirib ki, Kosovonun birtərəfli qaydada müstəqilliyinin elan edilməsi beynəlxalq qanuna ziddir. Serbiya lideri NATO-nu Kosovonun müstəqilliyi ideyasının təşəbbüskarı olmaqda günahlandırıb. O deyib ki, NATO vilayətdə alyansa hədsiz səlahiyyətlər verən BMT-nin Kosovoya dair planına təkid edir. Cənab Koştunitsa qeyd edib ki, Belqrad və Priştina arasında birbaşa danışıqlar vilayətin gələcəyilə bağlı davamlı həllin tapılmasının ən yaxşı yoludur.
XS
SM
MD
LG