Accessibility links

Yasuo Fukuda Yaponiyanın baş naziri olmağa hazırlaşır


Yaponiyanın keçmiş baş kabinet katibi Yasuo Fukuda ölkəsinin baş naziri olmağa hazırlaşır. Buna səbəb onun dünən Liberal Demokrat Partiyasının yeni lideri seçilməsidir. Dünən keçirilən partiya seçkilərində Fukuda 527 səsdən 330-nu ala bilib. Onun rəqibi keçmiş xarici işlər naziri Taro Aso 197 səslə kifayətlənib. Fukudanın sözlərinə görə, o partiyanı dirçəltmək və ictimai inamı bərpa etmək istəyir. Liberal Demokrat Partiyası sonuncu milli seçkilərdə yuxarı palataya nəzarəti itirmişdi. Buna səbəb isə baş nazir Şinzo Abe və onun hökumətinin korrupsiya rüsvayçılığında ittiham olunması idi. Cənab Abenin postunda bir ili tamam olmamış o, istefa verib. Partiyanın yeni lideri Fukuda isə baş nazir olmağa çox yaxındır, çünki parlamentin qüdrətli qanunverici palatasında liberal demokratlar üstünlük təşkil edir.

XS
SM
MD
LG