Accessibility links

BMT İraqdakı heyət üzvlərini artıracaq


BMT baş katibi Ban Ki Mun deyir ki, o, BMT-nin İraqdakı heyətinin üzvlərinin sayının artırılacağını güman edir. Cənab Ban bu bəyanatı Nyu Yorkda İraqla bağlı iri konfransın sonunda verib. Onun sözlərinə görə BMT işçilərinin sayı Bağdad və İrbil şəhərlərində artacaq. Cənab Ban bildirib ki, Bəsrədə də BMT nümayəndəliyinin açılması nəzərdən keçirilir. O, bu planlar üçün vaxt cədvəli açıqlamayıb. 20 dövlətdən gəlmiş nümayəndələr, ö cümlədən Suriya, İran və Küveyt rəsmiləri konfransda iştirak ediblər.
XS
SM
MD
LG