Accessibility links

İsrail Fələstinli məhbusları azad edəcək


İsrail kabineti 16-6 nisbətində səslə Fatah fraksiyasına mənsub olan 90 Fələstinlinin azad edilməsini təsdiqləyib. Rəsmilər bunu Ramazan ayında ABŞ-ın dəstəklədiyi Fələstin Prezidenti Mahmud Abbasa doğru xoşməramlı addım kimi dəyərləndirirlər.

İsrail Hamasla münaqişədə olan mötədil Abbas hökumətini gücləndirmək istəyir.

Məhbus məsələsi hər iki tərəf üçün həssas xarakter daşıyır. Ölçünün əleyhinə səs vermiş altı nazirdən biri Şaul Mofaz deyir ki, Fələstin hökumti xaos və anarxiya içinbdədir və heç nə almadan İsrailin terrorçuları azad etməsi məntiqə sığmır. Qarşı tərəfdən Fələstinlilər üçünsə 90 nəfərin azad edilməsi kifayət deyil. Hamas rəsmisi Əhməd Yusif İsrail həbsxanalarında saxlanılan bütün 11 min Fələstinlinin azad edilməsinə səsləyib.

İsrail ümid edir ki, bu son ölçü Baş Nazir Ehud Olmertlə Prezident Abbas arasında danışıqlar atmosferini yaxşılaşdıracaq.

XS
SM
MD
LG