Accessibility links

Pakistanda müxalifət fəalları həbs edilir


Pakistanın asayiş polisi Ali Məhkəmə binasının qarşısında prezident Pərviz Müşərrəfə qarşı etiraz aksiyası keçirən onlarla fəalı həbs edib. ABŞ səfirliyi müxalifətə basqıları narahatedici adlandırmış və tutulanların azad olunmasına çağırmışdır.

Şənbə günündən bəri Ali Məhkəmə general Müşərrəfin yenidən prezidentliyə namizəd olması haqda məsələni nəzərdən keçirdikcə, polis müxalifət üzvlərini həbs etməyə başlayıb. Generala qarşı qaldırılmış iddia onun eyni zamanda hərbi və siyasi lider olmasını qəbuledilməz hesab edir. Cənab Müşərrəf deyir ki, o, oktyabrın 6-da prezident seçilsə hərbi lider vəzifəsindən istefa verəcək.

XS
SM
MD
LG